Müxbirin başına top çırpdılar
25 avqust 2010 16:47 (UTC +04:00)

Müxbirin başına top çırpdılar

Almaniyada “Mainz” və “Stuttgart” futbol komandaları arasındakı oyundan əvvəl meydandan canlı yayım aparan “SkySport” telekanalının gözəl xanım aparıcısı Jessica Kastropun başına qəfil güclü zərbə ilə vurulmuş top dəyib.


Lent.az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, xanım aparıcı özünü itirib.

Məlum olub ki, oyundan əvvəl məşq edən futbolçulardan biri topa zərbə endirib və top gözlənilməz istiqamətə yönəlib. Bu görüntü Almaniyada günün mövzusu olub.
# 578

Oxşar yazılar