Keçmiş polis zabitləri radioaktiv maddə satarkən yaxalandı
25 avqust 2010 15:28 (UTC +04:00)

Keçmiş polis zabitləri radioaktiv maddə satarkən yaxalandı

Lent.az-ın “France-Presse”ə istinadən xəbərinə görə, polis şərti alıcı kimi qaçaqmalçılarla əlaqəyə girərək onlardan nümunə kimi 1 qram uran (U238) götürüb. ABŞ-a laboratoriyaya göndərilən maddənin təmiz, nüvə silahı istehsalına yarayan U238 olduğu müəyyən edilib. “Alıcılar” sonradan 1.8 kq uranı 9 milyon avroya almaq barədə razılığa gəliblər.

Polis Kişinyovda alqı-satqının aparıldığı qaraja basqın edərək orada konteynerin içindəki uranı, sənədləri və çox sayda silah sursatı ələ keçirib. Saxlanan şəxslərin ikisi keçmiş polis zabitləridir. Malın mənşəyini müəyyən etmək üçün konteyner Almaniyaya göndərilib. Faktla bağlı radioaktiv maddə qaçaqmalçılığı maddəsi ilə cinayət işi qaldırılıb.

U238 nüvə enerjisi və bomba istehsalında tətbiq oluna bilər.

SSRİ-nin süqutundan sonra Rusiya, Ukrayna və Moldovada radioaktiv maddə qaçaqçılığı tez-tez baş verir.

Vüqar
# 683

Oxşar yazılar