Mənfəət və əlavə dəyər vergisi azaldılır
30 dekabr 2009 19:30 (UTC +04:00)

Mənfəət və əlavə dəyər vergisi azaldılır

Yanvarın 1-dən Azərbaycanda mənfəət və əlavə dəyər vergisi azaldılacaq. Gələn ilin ilk günündən həm də elektron vergi hesab-fakturalarının tətbiqinə başlayacaq.

Lent.az-ın məlumatına görə, hər iki proses “Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” qanuna və Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”na əsasən həyata keçiriləcək. Digər dəyişikliyə əsasən, vətəndaşların banklarda saxlanılan əmanətlərindən 2013-cü ilədək mənfəət vergisi alınmayacaq. Bundan başqa, hüquqi şəxslər üçün mənfəət vergisi 22 faizdən 20 faizədək azaldılacaq. Əlavə dəyər vergisi isə 18 faizdən 17 faizə düşür.

Qanuna edilmiş dəyişikliklərin tətbiqindən sonra büdcəyə vergi daxiolmaları əhəmiyyətli şəkildə azalacaq. Belə ki, 2010-cu ilin büdcəsinə mənfəət vergisi üzrə 2 milyard 214 milyon manat əvəzinə 1 milyard 96 milyon manat daxil olacağı proqnozlaşdırılır. Bu isə 50 faizdən çox azalma deməkdir. Mənfəət vergisi üzrə mədaxilin azaldılmasının 80 faizi Azərbaycan beynəlxalq əməliyyat şirkətinin, qalanı isə digər hüquqi şəxslərin payına düşəcək.

Elxan SALAHOV
# 1269

Oxşar yazılar