“Azadlıq prospekti” metrostansiyası açıldı
30 dekabr 2009 12:00 (UTC +04:00)

“Azadlıq prospekti” metrostansiyası açıldı

Bu gün Bakı Metropoliteninin «Azadlıq prospekti» stansiyası istifadəyə verilib.


«APA-ECONOMICS»in məlumatına görə, prezident İlham Əliyev stansiyanın açılışında iştirak edib. Dövlət başçısına stansiya barədə məlumat verilib və İ.Əliyev stansiyanın açılışını nəzərdə tutan lenti kəsib.


Prezidentə bildirilib ki, «Azadlıq prospekti» Bakı Metropolitenində ilk sütunsuz stansiyadır. Stansiyanın daxili sistemlərinin qurulmasında Türkiyə, Rusiya, Almaniya və digər ölkələrdən gətirilmiş avadanlıqlardan istifadə olunub.


Xatırladaq ki, 1967-ci ildə istifadəyə verilmiş Bakı Metropoliteninin hazırda 22 stansiyası və 1 deposu var. Ötən ilin oktyabr ayında yeni «Nəsimi» stansiyası istifadəyə verilib.
# 1595

Oxşar yazılar