Adil Əliyev federasiya prezidentliyindən istefa verir?
30 dekabr 2009 10:30 (UTC +04:00)

Adil Əliyev federasiya prezidentliyindən istefa verir?

Yaxın vaxtlarda Azərbaycan Kikoksinq Federasiyasının (AKF) hesabat-seçki konfransı keçiriləcək. Bu haqda Lent.az-a AKF-nin prezidenti, millət vəkili Adil Əliyev məlumat verib.


Onun sözlərinə görə, hələlik toplantının dəqiq tarixi müəyyənləşməyib. Konfransda 2009-cu ilin yekunları, 2010-cu ilə və gələn il Bakıda keçiriləcək kikboksinq üzrə Avropa çempionatına hazırlıq məsələləri müzakirə olunacaq. Eyni zamanda, federasiyanın növbəti 4 il müddətinə prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək.

AKF üçün ötən ilin uğurlu olduğunu deyən Əliyev Avropa və dünya çempionatlarında yüksək nəticələr əldə etdiklərini söyləyib: “Bu nailiyyətlərimiz dövlət, Gənclər və İdman Nazirliyi tərəfindən yüksək qiymətləndirildi. İdmançılarımız ilin yekununda mükafatlandırıldı. Bir sözlə, federasiyamız 2009-cu ili yüksək səviyyədə başa vurur”.


Millət vəkili namizədliyinin irəli sürüləcəyi halda, federasiyaya prezident seçkisinə qatılacağını bildirib. Onun fikrincə, AKF-yə rəhbərlik etməyə layiq digər namizədlər də var: “Seçkidə hamı mənə səs versə, federasiya prezidenti olmağa razılıq verəcəyəm. Seçicilərin 10 faizinin əleyhimə səs verdiyini görsəm, yenidən bu vəzifəni tutmaqdan imtina edəcəyəm”.

Elşən Məmmədov
# 1539

Oxşar yazılar