Azay Quliyev QHT sektorunun təmsilçilərini təbrik etdi
29 dekabr 2009 19:15 (UTC +04:00)

Azay Quliyev QHT sektorunun təmsilçilərini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2010-cu il münasibəti ilə ölkə QHT-lərinə təbrik göndərib.

Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azay Quliyev onlara möhkəm can sağlığı, uzun ömür və ailə xoşbəxtliyi arzulayıb.

Azay Quliyev inanır ki, əvvəlki illərdə olduğu kimi, qarşıdan gələn 2010-cu ildə də dünyada yaşayan bütün azərbaycanlılar Prezident İlham Əliyevin ölkəmizin milli maraqlarının müdafiəsi və inkişafı naminə həyata keçirdiyi ardıcıl siyasətə dəstək verəcək və bu işdə əlindən gələn köməyi əsirgəməyəcəklər: “Şura bundan sonra da QHT-lər tərəfindən irəli sürülən ən layiqli təşəbbüsləri müdafiə edəcək və ictimai əhəmiyyətli problemlərin həllində III sektorun yaxından iştirakına öz töhfəsini verəcək. Bir daha bayramlarınız mübarək olsun!”.
# 665

Oxşar yazılar