Müəllimlərin sayı azalıb
29 dekabr 2009 14:45 (UTC +04:00)

Müəllimlərin sayı azalıb

Bunu təhsil naziri Misir Mərdanov 2009-cu ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında söyləyib. O bildirib ki, müəllimlərin ixtisaslarının artırılması üzrə mexanizm hazırlanıb: “Gələn ildən isə ibtidai sinif müəllimləri üçün informatika və ingilis dili üzrə kurslar təşkil olunacaq”.

Nazir 2009-cu ildə respublika ərazisində olan məktəblərdəki müəllimlərin sayının azalaraq 173 mindən 170 min nəfərə çatdığını söyləyib: “Azalma müəllimlərin yeni qaydalarla işə qəbul edilməsi və dəqiqliklə seçilməsi ilə əlaqədardır”.

Fərid Əkbərov
# 791

Oxşar yazılar