Hövsanda reyd keçirilib
24 avqust 2010 10:43 (UTC +04:00)

Hövsanda reyd keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə Suraxanı rayonu Xəzər sahili ərazilərində apardığı reydlərin nəticələrini açıqlayıb. Bərk məişət tullantılarının qanuna müvafiq qaydada idarə olunması vəziyyətini yoxlamaq məqsədilə keçirilən reydlər bir neçə gün davam edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, yoxlama zamanı rayonun Xəzər sahili ərazilərində məişət tullantılarının dənizə atıldığı üzə çıxıb. Hövsan qəsəbəsi dənizkənarı ərazidə fəaliyyət göstərən “Sevil-O” İstehsalat Kommersiya Firmasına məxsus “Tropikanka” iaşə obyektində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə firma hüquqi şəxs qismində inzibati qaydada 7000 manat məbləğində cərimə olunub.

Bundan başqa eyni qanun pozuntusuna görə “Delfin” və “Elnur” iaşə obyektlərinin iş icraçıları fiziki şəxs qismində hər biri 500 manat məbləğində cərimələnib.

Elxan SALAHOV
# 1047

Oxşar yazılar