“İran İraqın zəif olmasını istəyir”
23 avqust 2010 17:14 (UTC +04:00)

“İran İraqın zəif olmasını istəyir”

Çünki Tehran ABŞ-ın və müttəfiqlərinin orada qarşılayır, onlar qarşı mübarizə aparanlara yardım edir.

İraqdakı şiə qruplaşmasını Tehranın dəstəklədiyi haqda xəbərlər davamlı olaraq yayılmaqdadır.

Lent.az-ın «Vesti.ru»-ya istinadən məlumatına görə, ABŞ-ın İraqdakı hərbi qüvvələrinin komandanı general Reymond Oderno bildirib ki, İran İraqdakı şiələrdən ibarət «ekstremist» qruplara maliyyə yardımı etməkdədir: «İran belələrinə maliyyə yardımı etməklə yanaşı, onlara təlim də keçir. İranlılar hələ də amerikalı hərbçilərə hücum imkanlarını genişləndirir. Hamı bilməlidir ki, iranlılar ölkədə vəziyyətə təsir etmək imkan var».

Onun sözlərinə görə, Tehran hakimiyyəti İraqda onlara sərf edən hökumətin yaranmasına cəhd göstərir: «Fikrimcə, onlar İraqın güclü, demokratik dövlət olmasını istəmir. Tehran istəyir ki, İraqı İrana gələcəkdə problem yarada bilməyəcək, zəif hakimiyyət institutları idarə etsin».

Sədrəddin Soltan
# 642

Oxşar yazılar