Buşəhr AES tam istifadəyə verilməyib
23 avqust 2010 14:51 (UTC +04:00)

Buşəhr AES tam istifadəyə verilməyib

ABŞ və İngiltərə İslam Respublikasının dinc məqsədli atom-nüvə enerjisi əldə etmək hüququnun olduğunu bir daha bəyan etdi.

Lent.az-ın «PRAYM-TASS»-a isttinadən məlumatına görə, «Rosatom»-un başçısı Sergey Kirienko ilin sonunadək AES-in enerji istehsal edəcəyini söyləyib: «Bütün işlər nəzərdə tutulmuş qrafikə uyğun gedir». Onun sözlərinə görə, sınaq mərhələsi başa çatıb, indi onun fiziki istismarı başlayır.

Moskva Buşəhr AES-i 15 ildən sonra müəyyən çatışmazlıqlarla, yarımçıq istifadəyə verdi. Elə bunun ardınca rusların Tehranla yeni atom obyekti layihəsini gerçəkləşdirəcəyi haqda xəbərlər yayıldı. Ancaq S.Kirienko bunu təkzib edib: «Biz İranla atom enerjisi sahəsində yeni layihələri müzakirə etmirik. Öncə biz Buşəhr AES-dəki işləri tamamilə başa çatdırmalıyıq».

İranın atom enerjisi təşkilatının başçısı Əliəkbər Salehi isə bildirib ki, ölkəsi yeni layihələrin gerçəkləşdirilməsinə tələsmir: «Bu haqda yeni qərar gələn il qəbul edilə bilər».

Bu baxımdan, Buşəhr AES-in istismarı arxasında nə durur? Heç şübhəsiz, bu, beynəlxalq ictimaiyyətin İslam Respublikasına doğur atdığı addımdır. Başqa sözlə, Qərb dünyası İran hakimiyyətini atom-nüvə texnologiyası sahəsində şəffaflığa əməl etməyə bir daha dəvət edir. Beynəlxalq ictimaiyyətin Tehrana etimadının nəticələrini isə payızdan başlayaraq, sonrakı müddət ərzində müşahidə edəcəyik. Qeyd edək ki, İran rəsmiləri cari ilin payızında danışıqları bərpa etməyə hazır olduqlarını bildiriblər.

Sədrəddin Soltan
# 702

Oxşar yazılar