9 mağazada yararsız məhsul aşkarlandı - SİYAHI
23 avqust 2010 17:37 (UTC +04:00)

9 mağazada yararsız məhsul aşkarlandı - SİYAHI

Bu dəfə yoxlamalar Bakı və Gəncə şəhərlərini, eləcə də Tərtər rayonunu əhatə edib.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, monitorinq zamanı 14 mağazanın hər birində istifadə müddəti ötmüş yararsız məhsullar aşkarlanıb. Mağazaların böyük əksəriyyəti yenə də paytaxt Bakının payına düşür. Həmin mağazaları bunlardır:

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində
- 1595-ci keçiddə yerləşən “Orxan market”də;
- 1594-cü keçiddə yerləşən “Orxan market”də və Güloğlan Həsənova məxsus mağazada;
- B.Niftəliyev küçəsində Nərminə İsayevaya məxsus mağazada;
- 28 may küçəsində Nəriman İsmayılova məxsus mağazada;
- İ.Nəbiyev küçəsində yerləşən “Xan bağı market”də;
- 1596-cı keçiddə yerləşən “Amil market”də və Vaqif Dadaşova məxsus mağazada;
- Ticarət cərgəsində yerləşən “Rza market”də;

Gəncə şəhərində
- D.Qorqud və “Azərbaycan əsgəri” küçələrində Gəncə şəhər Kooperativ Cəmiyyətinə məxsus mağazalarda;

Tərtər rayonunda
- H.Əliyev prospektində Aygün İmanovaya məxsus mağazada.

Monitorinq zamanı ümumi çəkisi 170 kiloqram olan saxlama müddəti ötmüş və etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları satışdan çıxarılıb. Kolbasa məmulatları, makaron və un məmulatları, süd və süd məhsulları, qənnadı məmulatları, bal, yağlar, konservləşdirilmiş məhsullar, quru meyvələr, pivə, mineral sular, sərinləşdirici içkilər, şirələr, uşaq yeməkləri və digər məhsullardan ibarət saxta məhsulların hamısı məhv edilib.

Elxan SALAHOV
# 719

Oxşar yazılar