DəmirBank kredit portfelinin həcmini 209 mln. manatadək artırdı
23 avqust 2010 14:17 (UTC +04:00)

DəmirBank kredit portfelinin həcmini 209 mln. manatadək artırdı

Bankın kredit portfelinin həcmi isə il ərzində 42,5 mln. manat və ya 25,5% artaraq 208,9 mln. manata çatıb.

Bankda müştəri depozitlərinin həcmi 1 avqust 2010-cu il tarixinə 101,8 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi 1 avqust 2010-cu il tarixinə 82,2 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 52,9% və ya 28,4 mln. manat çoxdur.

Bankın nizamnamə kapitalı 1 avqust 2010-cu il tarixinə 19 mln. manat, məcmu kapitalı isə 48 mln. manat olub.

Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
# 698

Oxşar yazılar