www.b2b.az elektron ticarət portalı Qazaxda təqdim olundu
23 avqust 2010 10:42 (UTC +04:00)

www.b2b.az elektron ticarət portalı Qazaxda təqdim olundu

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, treninqdə İqtisadi İnkişaf Nazirliyi və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə yaradılmış elektron ticarət portalının təqdimatı keçirilib. Həmçinin www.b2b.az portalının biznesin təşkili və inkişafı üçün yaratdığı imkanlar barədə ətraflı məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Tədbirdə Bakı Biznes Tədris Mərkəzinin nümayəndələri ilə yanaşı, sahibkarlar da iştirak edib. Nazirlikdə bildirirlşər ki, sahibkarlığın inkişafına dövlət dəstəyinin vacib komponentlərindən biri də bu sahədə yeni fəaliyyətə başlamaq istəyənlərin maarifləndirilməsi, onlara nəzəri biliklərin, praktiki bacarıqların, beynəlxalq təcrübənin aşılanması, innovasiya və konsaltinq xidmətlərinin göstərilməsidir.

Elxan SALAHOV
# 810

Oxşar yazılar