Beyrut dəhşətli partlayışdan sonra: Müharibə bölgəsinə bənzəyir  - FOTO
05 avqust 2020 19:19 (UTC +04:00)

Beyrut dəhşətli partlayışdan sonra: Müharibə bölgəsinə bənzəyir - FOTO

Avqustun 4-də axşam güclü partlayışın baş verdiyi Beyrutda bir çox ev tamamilə və ya qismən dağıdılıb.

Partlayış dalğasından şəhərdəki demək olar ki, bütün binalar zərər görüb: şüşələr qırılıb, damlar uçub. 300 minə yaxın insanın yaşayış yerindən məhrum olduğu bildirilir.

İnsanlar hələ də dağıntılar altında qaldığından bütün bu müddət ərzində şəhərdə xilasetmə əməliyyatı davam edir. 

Dağılan məhəllələrə baxaraq Beyrut sakinləri könülsüz olaraq 30 il əvvəl baş vermiş müharibəni və şəhərlərinin atəş və bombalanmadan sonra necə göründüklərini xatırladırlar. Artıq ordu talanın qarşısını almaq üçün ən ağır zərbə alan ərazilərə nəzarəti ələ keçirib və hakimiyyət faciəni araşdırmağa davam edir və günahkarları sərt şəkildə cəzalandıracağına söz verir. Livan paytaxtının xarabalıqları və sakinləri indi belə görünür – bura müharibə bölgəsinə bənzəyir. 

Lent.az bu görüntüləri təqdim edir.

# 6154
avatar

Oxşar yazılar