Evdə uşaqlarla bunları oynaya bilərsiniz – SİYAHI
03 iyul 2020 13:23 (UTC +04:00)

Evdə uşaqlarla bunları oynaya bilərsiniz – SİYAHI

Pandemiya səbəbi ilə uşaqlar daha əvvəlki kimi parklarda oyun oynayıb əylənə bilmirlər. Evdə isə telefon yaxud da kompüter kimi texnoloji vasitələr olmadan keçən zamanı əyləncəli hala gətirmək elədə çətin deyil. Bunun üçün iş valideynlərin üzərinə düşür. Diqqət olunası məqam ondan ibarətdir ki, seçilən oyun maraqlı olması ilə yanaşı həm də faydalı olsun.

Lent.az evdə uşağınızla dəyərli və şən vaxt keçirtmək üçün onların yaşına uyğun olan bir neçə oyun növünü sizə təqdim edir.

3-6 yaş arası uşaqlar üçün tövsiyə edilən oyunlar

Bu yaş qrupu uşaqlar olduqca xəyalpərəst və enerjili olur. 3-6 yaş arası uşaqlar daha çox oyuna meyilli olurlar. Belə olan halda əsasən tövsiyə olunan oyunlar aşağıdakılardı:

Peşə oyunları (həkim, təmirçi, müəllimlik, satıcılıq)

Evcik-evcik oynamaq

Musiqi alətləri ilə oyun

Xəmir, qum və su oyunları

Plastlindən fiqurlar hazırlamaq

Rəsmlərdəki fərqi tapmaq

Sulu boyalarla rəsm çəkmək

Az parçalı “puzzle” oyunu

Top oyunu

İplə tullanmaq

Əl kuklaları ilə oyun

6 yaşdan yuxarı uşaqlar üçün tövsiyə edilən oyunlar

Bu yaş qrupuna aid olan uşaqlar kəşf etməyə olduqca meyilli olur. Buna görə də məsləhət verilən oyunlar daha çox, qurmaq və yaratmaqla bağlıdır:

Əl əməyi dəstləri

Maket hazırlamaq

Labirinti tamamlamaq

Şəkilli tapmacalar

Kəsmək, yapışdırmaq və rəsm çəkmək

Sökülüb yığılan oyuncaqlar ilə oyun

İdman oyunları (gimnastik və digər hərəkətlər)

Zəka və məntiq oyunlarında uşaqların yaş həddi nəzərə alınmalıdır. Belə oyunlar adətən 3 yaşdan yuxarılar üçün nəzərdə tutulur.

Hə bir də, elə oyunlar var ki, onları uşaqlarla birgə oynamaq valideynlər üçün də olduqca maraqlıdır. Söhbət bütün qayğıları unutdurub sizi uşaqlığınıza apara biləcək ənənəvi oyunlardan gedir. Güzlənpaç, qaçdı-tutdu və s.

Banu

# 6241
avatar

Oxşar yazılar