Ən real təklif – “Qarabağ”dan
03 iyun 2020 09:58 (UTC +04:00)

Ən real təklif – “Qarabağ”dan

“Neftçi”dən ayrılan Vild-Donald Geryenin karyerasını Azərbaycanda davam etdirmək variantı qüvvədədir.

Apasport.az saytı xəbər verir ki, bu barədə xarici mətbuatda məlumat yayılıb.

Müqavilə müddəti başa çatdığı üçün mövsümün sonunu gözləmədən Bakı klubu ilə vidalaşan 31 yaşlı sol cinah müdafiəçisi hələ də “Qarabağ”ın maraq dairəsindədir. Hətta Haiti millisinin üzvünün hazırda ən real təklifinin məhz sabiq klubundan olduğu bildirilib.

Polşa və Yunanıstandan bir neçə komanda futbolçunun meneceri ilə təmas qursa da, Gerye Çempionlar Liqasında oynamaq arzusundadır və bu üzdən “Qarabağ” variantına üstünlük verə bilər.

Qeyd edək ki, Vild-Donald Gerye “Neftçi”dən əvvəl 2017-2019-cu illərdə ölkəmizdə “Qarabağ”ın formasını geyinib.

# 3319
avatar

Oxşar yazılar