Bakıda eyvanda meyit tapıldı
31 may 2020 11:17 (UTC +04:00)

Bakıda eyvanda meyit tapıldı

Mayın 30-da rayonun Yasamal rayonu, Qızıl Şərq küçəsində yaşayan 56 yaşlı Əfəndiyeva Nelli Babayevna yaşadığı evdə qəfil ölüb.

Lent.az-ın məlumatına görə, onun meyitini həmin gün səhər saat 7-də tanışı Əhmədov Abbas Allahverdoviç evin eyvanında tapıb.

Prokurorluq və məhkəmə-tibbi ekpsertiza nümayəndələrinin iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Mərhumun uzun müddət ürək çatışmazlığından əziyyət çəkdiyi və əvvəllər iki dəfə infarkt keçirdiyi bildirilir.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

# 2344
avatar

Mehman Nəbiyev

Oxşar yazılar