2021-ci ilin “Oskar” təqdimatı yubadıla bilər
23 may 2020 16:00 (UTC +04:00)

2021-ci ilin “Oskar” təqdimatı yubadıla bilər

Koronavirus kinoindustriyaya köklü ziyan vurdu. Kinoteatrlar bütün dünyada bağlıdır.

Filmlər nümayiş olunmur, çəkilişlər getmir.

Lent.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Amerika kinoakademiyası “Oskar” mükafatının 93-cü təqdimat mərasiminin vaxtını yubandırmağı düşünür.   

Təqdimat 2021-ci ilin fevralına planlaşdırılmışdı.

Xatırladaq ki, COVİD -19-a görə kinopremiyaya filmlərin təqdim edilməsi də təxirə salınmışdı. Belə bir variant da istisna edilmir, ola bilər ki, kinoteatrlarda göstərilməyən, amma onlayn platformalarda yayımlanan filmlər də nominant ola bilərlər.

# 5920
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar