“Evdə Qal-Qalib Gəl!” layihəsinə Azərbaycanın Xalq rəssamı da qoşulub- Video
10 aprel 2020 16:09 (UTC +04:00)

“Evdə Qal-Qalib Gəl!” layihəsinə Azərbaycanın Xalq rəssamı da qoşulub- Video

Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən start verilən “Evdə Qal-Qalib Gəl!” çağırışına qoşulan Azərbaycanın Xalq rəssamı, professor Arif Əziz bütün dünyanı bürüyən  pandemiya ilə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlərdən və  öz yaradıcılıq prosesindən izləyicilərə bəhs edib.

Lent.az Mədəniyyət Nazirliyinin saytına istinadən  xəbər verir ki, o, sənətsevərlərə müraciət edərək qeyd edib ki, qara rəng bütün dünyanı bürüyüb ancaq mən  inanıram ağ rəng ona qalib gələcək. 

Azərbaycan Dövlət Rəsm Qalereyası rəssamları Evdə Qal-Qalib Gəl! devizi altında birləşməyə yeni virtual layihəyə qoşulmağa dəvət edir. 

# 2108
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar