Ermənistanda boks yığmasının üzvü və nazirlik əməkdaşı koronavirusa yoluxdu
28 mart 2020 15:51 (UTC +04:00)

Ermənistanda boks yığmasının üzvü və nazirlik əməkdaşı koronavirusa yoluxdu

 

Ermənistan boks üzrə millisinin üzvündə koronavirus aşkarlanıb.

Lent.az Ermənistan KİV-nə istinadla bildirir ki, o, Londondan ölkəyə qayıdan nümayəndə heyətinin arasında olub. 

Digər məlumata görə, Ermənistanın Fövqəladə vəziyyət nazirliyinin xilasetmə xidmətinin bir əməkdaşı da koronavirusa yoluxub. Onun evdə öz arvadından yoluxduğu bildirilir. 

Martın 28-nə olan məlumata görə, Ermənistanda koronavirusa 372 yoluxma qeydə alınıb, 28 nəfər sağalıb, bir nəfər ölüb.

# 522
avatar

Oxşar yazılar