QORXULU STATİSTİKA: Dünyada yarım milyona yaxın insan koronavirus daşıyıcısıdır
26 mart 2020 14:47 (UTC +04:00)

QORXULU STATİSTİKA: Dünyada yarım milyona yaxın insan koronavirus daşıyıcısıdır

Hazırda dünyada yarım milyona yaxın insan koronavirus daşıyıcısıdır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, dünya üzrə 471965 insan virusa yoluxub. Virusun statistik göstəricilərini dəyərləndirən saytlar bu günə qədər 21309 nəfərin öldüyünü, 114213 nəfərin isə sağaldığını bildirib.

Son nəticələrə əsasən "COVİD-19" virusundan ən çox ölüm İtaliyada qeydə alınıb. Bu ölkədə virusdan ölənlərin sayı 7503  nəfərdir. Xəstəliyin yarandığı Çində 3287, İspaniyada 3647, İranda  2077, Fransada 1331 və ABŞ-da isə 1032 nəfər dünyasını dəyişib.

Saytda yer alan digər xəbərə görə hazırda koronavirusa yoluxanların sayı Çində 81285, İtaliyada 74386, ABŞ-da 68489, İspaniyada 49515, Almaniyada 37323 və qonşu İranda isə 27017 nəfər təşkil edir.

# 501
avatar

Oxşar yazılar