“Real”da ümidləri doğrultmadı, “Çelsi”yə keçə bilər
26 mart 2020 13:42 (UTC +04:00)

“Real”da ümidləri doğrultmadı, “Çelsi”yə keçə bilər


Keçən il böyük ümidlərlə “Real”a transfer olunan Luka Yoviç Madrid klubundan ayrıla bilər.

Lent.az-ın “El Mundo Deportivo” nəşrinə istinadən məlumatına görə, serbiyalı hücumçunu “Çelsi” heyətinə qatmaq istəyir.
22 yaşlı forvardla danışıqlara başlayan londonlular onu yayda sıralarına cəlb etmək niyyətindədirlər. Bildirilir ki, “Real” rəhbərliyi ümidləri doğrultmayan Yoviçi satmaq və ya icarəyə vermək variantları barədə düşünür. “Kral klubu” ilə müqayisədə “Çelsi” Serbiya yığmasının oyunçusuna əsas heyət üzvü kimi baxır. Bununla belə, Yoviçi transfer etmək istəyən “zadəganlar” rəqabətdən qalib ayrılmalıdırlar. Çünki “Napoli”, “Milan” və “Tottenhem” klubları da Lukanın xidmətində maraqlıdır.

Qeyd edək ki, L.Yoviç “Real”da 24 oyunda cəmi 2 dəfə fərqlənib.

# 612
avatar

Oxşar yazılar