Bakı Uşaq Teatrı  Bakı Uşaq və Gənclər Teatrı oldu
29 yanvar 2020 09:17 (UTC +04:00)

Bakı Uşaq Teatrı Bakı Uşaq və Gənclər Teatrı oldu

 Teatr bundan sonra Bakı Uşaq və Gənclər Teatrı kimi fəaliyyətini davam etdirəcək.

Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəri, əməkdar artist İntiqam Soltanın Lent.az-a verdiyi məlumata görə, teatrın adının dəyişdirilməsində məqsəd daha geniş auditoriyanı əhatə etmək imkanı qazanmaqdır: “Belə ki, teatrın fəaliyyətinin əsas istiqamətlərindən biri tamaşaçıların ən müxtəlif mövzularla bağlı maarifləndirilməsidir. İnsanların isə  bütün yaşlarda maariflənməyə ehtiyacı var. Teatrın repertuarında indiyə qədər də ən müxtəlif yaş qrupları üçün nəzərdə tutulan tamaşalar var idi. Lakin çox vaxt teatrın adı geniş auditoriyanın tamaşalara cəlb olunmasına mənfi təsir edirdi. Bakı Uşaq və Gənclər Teatrı bundan sonra da öz ideyalarına sadiq qalacaq, tamaşaçıların asudə vaxtının təşkili ilə yanaşı, onların dünyagörüşünün inkişafına, gənc nəslin vətəndaş kimi formalaşmasına, dünyada baş verən proseslərlə ayaqlaşmasına xidmət edəcək”.

Xatırladaq ki, Bakı Uşaq Teatrı 2002-ci ildən bəri fəaliyyət göstərir. Hazırda 18-ci mövsümünü yaşayan teatr  indiyə qədər uşaqlar və böyüklər üçün 100-dən artıq tamaşa hazırlayıb. Azərbaycanda və ölkənin hüdudlarından kənarda ən müxtəlif  festivallara,  teatrla bağlı konfranslarda və tədbirlərdə iştirak edib.

 

# 2487
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar