Soyuqda otağın havasını tez-tez dəyişmək lazımdır -AÇIQLAMA
09 noyabr 2019 10:00 (UTC +04:00)

Soyuqda otağın havasını tez-tez dəyişmək lazımdır -AÇIQLAMA

İsti havalardan fərqli olaraq, soyuq aylarda pəncərə və qapılar bağlı olduğundan evin havasını tez-tez dəyişməyə ehtiyac olur.

Maraqlıdır, otağın havası neçə dəqiqədən bir dəyişilməlidir?

Terapevt Ramil Həsənli Lent.az-a bildirib ki, otağın havası nə qədər çox dəyişilsə,  o qədər yaxşıdır:

“Bağlı məkanlarda hava tez-tez dəyişdirilməlidir. Soyuq havalarda daha çox istifadə etdiyimiz qızdırıcılar və ya kondisionerlər evdə quruluğa, eyni zamanda toz yaranmasına gətirib çıxarır. Həmin toz dənəcikləri allergik reaksiyalara səbəb ola bilir. Buna görə də otaqdakı havanı tez-tez təzələmək sağlamlıq üçün xeyirli olmaqla yanaşı, evdəki virusların məhv olmasına kömək edir. Bundan başqa, qızdırıcı vasitələr evdəki havanı qurudur və oksigen çatışmazlığı əmələ gəlir. Çalışmaq lazımdır ki, otaqda oksigen bol olsun. Ağciyərlərimizə gedən normal oksigen qan damarları vasitəsi ilə ürəyə, daha sonra digər orqanlara gedir. Buna görə də hava ən azı 2 saatdan bir 15 dəqiqəyə kimi yenilənməlidir. Ancaq onu da qeyd edim ki, havanın təzələnməsi otağın kvadratına və insan sayına görə nəzərə alınmalıdır. Həmin məkanda insan sayı çoxdursa və kvadrat balacadırsa, təbii ki, oksigen çatışmazlığı yaranacaq. Otağın havası nə qədər təmizlənsə, sağlamlıq üçün xeyirlidir".

# 1656
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar