Görünüşü ilə heyrət və qorxu yaradan <span style="color:red;">BİNA
09 oktyabr 2019 19:58 (UTC +04:00)

Görünüşü ilə heyrət və qorxu yaradan BİNA

Türkiyənin İzmit şəhərində olan bu bina görənləri heyrətə gətirir.
 
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, sözügedən binanı heyrətamiz edən onun memarlıq quruluşudur. Bir tərəfi İnönü, bir tərəfi isə Ağcaməscid küçəsinə baxan bina 8 mərtəbədən ibarətdir. 3 və 2 mərtəbəli obyektlərin arasında tikilən binanın İnönü küçəsinə baxan hissəsində böyük bir otaq, tualet, pilləkən və havalandırma sistemi yerləşir. 2 metr enində yüksələn digər tərəfdə isə mətbəx və dəhliz yer alır.
 
Maraqlı görünüşü ilə diqqət çəkən 38 yaşlı binada az sayda insanın yaşadığı deyilir. Bütün ərazidən səmərəli istifadə etmək üçün bu cür memarlıq üslubu ilə tikilən bina görənlərdə qorxu hissi yaradır.

# 1641
avatar

Oxşar yazılar