[b]Avtoservisdə ustalar arasında dava: bir nəfər ağır xəsarət alıb[/b]
26 may 2019 02:07 (UTC +04:00)

[b]Avtoservisdə ustalar arasında dava: bir nəfər ağır xəsarət alıb[/b]

Bakının Xətai rayonunda döyülmə hadisəsi baş verib.
 
ONA-nın məlumatına görə, rayonun Fəhlə prospektində yerləşən "617 avtoservis"-də işləyən 1982-ci il təvəllüdlü Məmmədov Arzuman Sərvər oğlu tanıdığı ustalarla əlbəyaxa dava edib. 
 
Nəticədə ona küt alətlə zərbə vurulub. Ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanının əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən iki nəfəri saxlayıb.
 
Faktla bağlı araşdırma aparılır.
# 1648
avatar

Oxşar yazılar