[b]Mingəçevirdə yol qəzası: sürücülərdən birinin qolu sındı[/b]
26 may 2019 01:14 (UTC +04:00)

[b]Mingəçevirdə yol qəzası: sürücülərdən birinin qolu sındı[/b]

Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
 
ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında Rəsul
Rza küçəsində qeydə alınıb.
 
Belə ki, “Mersedes” və “VAZ 2107” markalı minik avtomobilləri toqquşub.
Baş vermiş qəza nəticəsində “VAZ2107”-ın sürücüsü, 1987-ci il təvəllüdlü şəhər sakini Məmmədov Vüqar İlqar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya
yerləşdirilib. Onun sol qolunun sındığı bildirilib.
 
Faktla bağlı araşdırma aparılır.
# 1577
avatar

Oxşar yazılar