<b>Almaniyada məscidə hücum: <span style="color:red;">içəridə olan ailələr, uşaqlar...  </b>
25 may 2019 19:03 (UTC +04:00)

Almaniyada məscidə hücum: içəridə olan ailələr, uşaqlar...

Almaniyanın Hagen şəhərində yerləşən Böyük Məscid naməlum şəxs tərəfindən atəşə tutulub.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yerli saatla təxminən 10:00 radələrində baş verən hücumda məscidin qarşısındakı zibil qutuları aramsız atəşə tutulub. Nəticədə zibil qutusundakı  kartonlar yanmağa başlayıb.

Alov məscidədə sirayət edib. Bildirildiyinə görə ibadət evinə xeyli maddi ziyan dəyib.

Yanğın zamanı məscidin üst mərtəbəsində olan uşaqlar və ailələr təxliyə edilib.  

Məscid cəmiyyətinin  rəhbəri Ömər Oral bildirib ki, hücum nəticəsində baş vermiş yanğında insan təlafatı olmayıb:

“Məscidin, xüsusilə girişinə böyük ziyan dəyib. Tüstü və duman məscidə dolub və  əşyalar zərər görüb. Təhlükəsizlik kamerasında olan görüntüyə görə bir şəxs iki köpəyi ilə məscidin girişinə gəlib və cibindən nə isə çıxarıb. Bu cür hücumlar bizi qorxutmayacaq. Məsələ Avropada İslam dinini qadağan etməkdirsə, bu cür hücumlar bizi yolumuzdan döndərə bilməz”.

Alman polisi hadisə ilə bağlı istintaq araşdırmasına başlayıb.

# 2211
avatar

Aygün İbrahimli

Oxşar yazılar