Ağdaşda kafe və mağaza yandı
25 may 2019 18:11 (UTC +04:00)

Ağdaşda kafe və mağaza yandı

Ağdaş rayonunda kafedə yanğın baş verib.
 
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayonun Ləki qəsəbəsində bir dam altında tikilən ümumi sahəsi 655 m² olan birmərtəbəli kafenin yanar konstruksiyaları 450 m² sahədə və bitişik ümumi sahəsi 120 m² olan mağazanın dam örtüyünün yanar konstruksiyaları 25 m² sahədə yanıb. Kafenin və mağazanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.
 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
# 1811
avatar

Oxşar yazılar