Arvadını 5-ci mərtəbədən atıb öldürən kişinin məhkəməsi başlayır
25 may 2019 16:22 (UTC +04:00)

Arvadını 5-ci mərtəbədən atıb öldürən kişinin məhkəməsi başlayır

Adam öldürməkdə təqsirləndirilən Ramiz Taxvelinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
 
ONA xəbər verir ki, cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rasim Sadıxovun icraatında araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
 
Qeyd edək ki, hadisə paytaxtın Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də baş verib. Həmin ünvanda yaşayan Taxveli Ramiz Pərviz oğlu həyat yoldaşı, 1988-ci il təvəllüdlü Taxveli Adelya Azər qızını yaşadığı binanın 5-ci mərtəbəsindən atıb. Nəticədə qadın aldığı xəsarətdən hadisə yerində keçinib. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən R.Taxveli saxlanılıb. Məlum olub ki, R.Taxvelidə narkotik qəbulu nəticəsində psixi pozğunluq yaranıb. İstintaq orqanı tərəfindən R.Taxveliyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ittihamı irəli sürülüb.
# 1926
avatar

Oxşar yazılar