Avropa Liqanın final oyunu ilə bağlı azarkeşlər üçün nəqliyyat pulsuz olacaq
25 may 2019 15:51 (UTC +04:00)

Avropa Liqanın final oyunu ilə bağlı azarkeşlər üçün nəqliyyat pulsuz olacaq

"Futbol üzrə UEFA Avropa Liqasının final oyunu ərəfəsində akkreditasiya olunmuş şəxslər mayın 25-30-da ictimai nəqliyyatdan və biletli azarkeşlərin isə mayın 28, 29 və 30-da kart sistemi ilə işləyən marşrutlarda ödənişsiz şəkildə istifadəsi üçün işlər görülüb".
 
ONA-nın xəbərinə görə, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. O qeyd edib ki, oyun günü ictimai nəqliyyat gücləndirilmiş iş rejimi ilə fəaliyyət göstərəcək: "Çarter reysi ilə gələn Arsenal və Çelsi azarkeşlərinin "Terminal-1" və "Terminal-2" ərazisindən müvafiq olaraq Bakı Olimpiya Stadionuna və Bakı Nəqliyyat Agentliyinin Depo-2 ərazisinə təqdim edilən siyahıya uyğun olaraq daşınması AFN transport şirkəti tərəfindən həyata keçiriləcək və koordinasiya olunacaq".
# 1686
avatar

Oxşar yazılar