Bu gün ikinci əhya gecəsi qeyd olunacaq
25 may 2019 15:09 (UTC +04:00)

Bu gün ikinci əhya gecəsi qeyd olunacaq

Bu gün Ramazan ayının 20-ci günüdür.

Lent.az Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi təqvimə istinadən xəbər verir ki, bu gecə ikinci əhya (Qədir gecəsi) gecəsidir.

"Heydər" məscidindən Lent.az-a bildirilib ki, ikinci əhya gecəsi münasibətilə bu gün saat  00:00-da məscidə tədbir keçiriləcək:

“Əhya gecələrinin müxtəlif tarixlərdə keçirilməsi ilə bağlı yaranmış mövcud fikir ayrılığını nəzərə alaraq, dörd gecə (25, 26, 27, 28) hər gün gecə saat on ikidə məsciddə tədbir olacaq”.

 

 

 

# 2194
avatar

Aygün İbrahimli

Oxşar yazılar