Cüdoçumuz Qran-pridə qızıl medal qazandı
25 may 2019 14:11 (UTC +04:00)

Cüdoçumuz Qran-pridə qızıl medal qazandı

Azərbaycan cüdoçusu Hidayət Heydərov Qran-pri turnirində qızıl medal qazanıb. 
 
ONA-nın məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən idmançımız Çinin Hohhot şəhərində keçirilən yarışda bütün rəqiblərini məğlub edib. 
 
İlk görüşdə gürcüstanlı Georgios Azoidisə qalib gələn H. Heydərov ardınca Yevgeni Prokopçuk (Rusiya), Antuan Buşar (Kanada) və Tommi Masuasuni (İsveç) də məğlub edib. Cüdoçumuz finalda Viktor Skvortsovla (BƏƏ) üz-üzə gəlib. Görüş H. Heydərovun qələbəsi ilə başa çatıb. Həmyerlimiz çempion tituluna ipponla nail olub. 
 
Ondan fərqli, 73 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Məmmədov startda fransalı Qiyom Şaneyə uduzub. 
 
Qeyd edək ki, yarışda son olaraq tatamiyə Zelim Kotsoyev (100) çıxacaq. O, Qran-priyə sabah qoşulacaq. 
# 1864
avatar

Oxşar yazılar