[b]Nazirlik 3 günlük hava şəraitini açıqladı[/b]
25 may 2019 14:06 (UTC +04:00)

[b]Nazirlik 3 günlük hava şəraitini açıqladı[/b]

Azərbaycanda 3 gün ərzində gözlənilən hava şəraiti açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, respublikanın rayonlarında 26, 27, 28 may tarixlərində hava şəraitinin dəyişkən olacağı gözlənilir.
 
“May ayının 29-dək əsasən gecə və axşam saatlarında şımşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir güclənəcək.  Çaylarda sululuğun artacağı gözlənilir. Havanın temperaturu gecə 15-20° isti, gündüz  28-33° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti təşkil edəcək”, - məlumatda qeyd olunub.
# 2481
avatar

Aygün İbrahimli

Oxşar yazılar