Çingiz Qənizadə seçicilərilə görüşüb
25 may 2019 13:39 (UTC +04:00)

Çingiz Qənizadə seçicilərilə görüşüb

Milli Məclisin deputatı Çingiz Qənizadə 80 saylı İmişli-Beyləqan seçki dairəsinə daxil olan İmişlinin Qaragüvəndikli kəndində seçiciləri ilə görüş keçirib.
 
Lent.az xəbər verir ki, deputat Qaragüvəndikli kəndində seçicilərlə ümumi problemlərin müzakirəsini aparıb. Deputatla görüş zamanı kənd sakinlərinin bir neçə ümumi xahişi də olub. Belə ki, sakinlər pay torpaqlarına gedən yolda su körpüsünün uçması, kənd ərazisinin müəyyən hissələrinə qrabel daşınması və taxıl biçini üçün kombayn verilməsini xahiş ediblər. Parlament üzvü, görüş zamanı ölkədəki ictimai-siyasi durum, cənab prezidentin son aylarda atdığı addımlar, Dağlıq Qarabağ məsələsi barədə fikir mübadiləsi aparıb.
 
Kənd sakinlərinin kəndlə bağlı ümumi problemlərini dinlədikdən sonra, sakinləri fərdi qaydada qəbul edərək şikayətlərini qeyd edib. Sonda deputat hər bir şikayəti araşdıracağına, maksimum imkanı daxilində kömək edəcəyinə söz verib.
# 1790
avatar

Oxşar yazılar