[b]Sabahın HAVA proqnozu[/b]
25 may 2019 13:15 (UTC +04:00)

[b]Sabahın HAVA proqnozu[/b]

Mayın 26-da Bakıda və Abşeron yarımadasında gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, axşam isə bəzi yerlərdə yağış yağacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Lent.az-a verilən məlumata görə, cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 17-20° isti, gündüz 24-27° isti, Bakıda gecə 18-20° isti, gündüz  24-26° isti təşkil edəcək.
 
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % olacaq.   
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 15-20° isti, gündüz  28-33° isti, dağlarda gecə 9-14° isti,  gündüz 15-20°  isti təşkil edəcək. 
# 2077
avatar

Oxşar yazılar