[b]AMEA magistraturasına qəbula dəyişklik edildi[/b]
25 may 2019 12:55 (UTC +04:00)

[b]AMEA magistraturasına qəbula dəyişklik edildi[/b]

Nazirlər Kabineti tərəfindən 2019/2020-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına 24 ixtisas, 88 ixtisaslaşma üzrə 138 plan yeri təsdiq edilib.

AMEA-dan Lent.az-a verilən məlumata görə, ayrılan plan yerlərindən 103-ü dövlət sifarişli, 35-i isə ödənişli əsaslarladır.

Cari ildə ilk dəfə olaraq AMEA-nın magistraturasına ödənişli əsaslarla tələbə qəbulu həyata keçiriləcək.

Bu ildən etibarən AMEA-nın magistraturasına qəbul zamanı ixtisaslaşma seçimindən əvvəl keçirilən müsahibə mərhələsi ləğv olunub.

AMEA-nın magistraturasına qəbul olmaq istəyən bakalavrlar ümumi qaydada Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən magistraturaya qəbul imtahanının hər iki mərhələsində müsabiqə şərtlərini ödədiyi halda AMEA-nın magistraturasına ayrılan plan yerlərində (əlavə olunur) göstərilən ixtisası seçmək imkanı əldə edəcəklər.

 

 

 

# 1631
avatar

Aygün İbrahimli

Oxşar yazılar