[b]“Azərişıq” Mərkəzi Aran regionunda güclü külək və dolu ilə əlaqədar qabaqlayıcı tədbirlər görür[/b]
24 may 2019 21:57 (UTC +04:00)

[b]“Azərişıq” Mərkəzi Aran regionunda güclü külək və dolu ilə əlaqədar qabaqlayıcı tədbirlər görür[/b]

Mərkəzi Aran regionunda hava şəraitinin kəskin dəyişilməsini nəzərə alaraq mayın 24-də axşam saatlarında baş verə biləcək hadisələrin qarşısının alınması məqsədi ilə “Azərişıq” ASC-də qabaqlayıcı və zəruri tədbirlər görülür.

 

ASC-dən Lent.az-a verilən məlumata görə, elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə Goranboy, Tərtər və Bərdə rayonlarında regional enerji təchizatı idarələri, şəhər-rayon elektrik şəbəkələri üzrə təsis edilmiş növbətçilik üzərində nəzarət gücləndirilib, “Azərişıq” tərəfindən qabaqlayıcı tədbirlər görülür.

 

Hazırda ölkə boyu istehlakçılar fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunurlar. Gecə saatlarında bəzi yerlərdə baş verən qəzaların nəticələri operativ aradan qaldırılır. 

# 1569
avatar

Oxşar yazılar