<b>Ermənilərin cəbhə xəttində törətdiyi yanğını yağış söndürüb</b>
24 may 2019 20:25 (UTC +04:00)

Ermənilərin cəbhə xəttində törətdiyi yanğını yağış söndürüb

Ermənistan silahlı qüvvələrinin nəzarət etdikləri Azərbaycan torpaqlarında törətdikləri alovu yağmurlu hava söndürüb.

 

ONA-nın Qarabağ bürosunun xəbərinə görə, erməni hərbçilər havanın küləkli olmasını fürsət bilərək Şıxlar kəndi ərazisində yanğın törətməyə cəhd ediblər.

 

Alovun genişlənərək qoşunların qarşıdurma xəttini və Ağdamın cəbhəyanı yaşayış məntəqələrini keçməsinin qarşısı isə yağışlı hava şəraiti nəticəsində alınıb.

# 1580
avatar

Oxşar yazılar