[b]Türkiyədə uçurumdan yuvarlanan jurnalistin meyiti tapıldı[/b]
23 may 2019 16:02 (UTC +04:00)

[b]Türkiyədə uçurumdan yuvarlanan jurnalistin meyiti tapıldı[/b]

Türkiyədə “Anadolu” Agentliyinin mayın 10-dan itkin düşmüş əməkdaşı Əbdülqədir Nişancının axtarışları başa çatıb.
 
ONA-nın Türkiyə bürosunun məlumatına görə, Bayburt vilayətində dağlıq ərazidə çəkiliş apararkən ayağı sürüşüb uçurumdan yuvarlanan müxbirin meyiti tapılıb.
 
Qeyd edək ki, bir neçə gün əvvəl ərazidən agentliyin Bayburt bölgə müxbiri olan Ə. Nişancıya məxsus olan fotokamera və sənədlər tapılıb. Dünyanın 3-cü ən təhlükəli çografi şəraitinə malik Soğanlı dərədə müxbirin axtarışı üçün cəlb edilən briqadanın tərkibində olan iki hərbçi əməliyyat-axtarış tədbirləri zamanı həlak olub.
# 1640
avatar

Oxşar yazılar