[b]“Keşikçidağ”da yerləşən tarixi abidələr konservasiya olunacaq[/b]
23 may 2019 15:47 (UTC +04:00)

[b]“Keşikçidağ”da yerləşən tarixi abidələr konservasiya olunacaq[/b]

Mayın 22-də “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna baxış keçirilib. 
 
ONA-nın məlumatına görə, institutun direktoru Telman Kərimli qoruq əməkdaşları ilə birgə ərazidəki vəziyyətlə tanış olub.
 
Teymur Kərimli bildirib ki, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda ziyarətçilərin rahatlığını təmin etmək üçün müasir infrastruktur yaradılacaq: “Hazırda qoruq ərazisində əməkdaşlar üçün inzibati binanın tikilməsi ilə bağlı danışıqlar aparılır. İşçilərin qoruq ərazisində daimi olaraq iş otaqlarının olması vacibdir. Eyni zamanda ərazidəki yollar təmir-bərpa olunacaq. Qoruq ərazisində olan tarixi abidələrin konservasiyası, mühafizəsinin daha da artırılması kimi zəruri işlər həyata keçiriləcək”.
# 1757
avatar

Oxşar yazılar