[b]Azərbaycanda Büdcə Məcəlləsinin hazırlanması təklif edilir[/b]
22 may 2019 13:21 (UTC +04:00)

[b]Azərbaycanda Büdcə Məcəlləsinin hazırlanması təklif edilir[/b]

Azərbaycanda Büdcə Məcəlləsinin hazırlanması təklif olunub.
 
ONA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2018-il dövlət büdcəsinin icrası haqqında” qanuna və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əksini tapıb.
 
Sənəddə qeyd edilib ki, “Büdcə sistemi haqqında” qanunun qəbul edildiyi dövrdən uzun müddət keçdiyini, çoxsaylı əlavə və dəyişikliklərin tətbiq olunduğunu nəzərə alaraq büdcə sistemini və prosesini tam və ətraflı şəkildə tənzimləyən, həmçinin müasir dövrün çağırışlarına cavab verən yeni büdcə qanunvericiliyinin (Büdcə Məcəlləsinin) hazırlanması təklif edilir.
 
“2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair hesabata Hesablama Palatasının rəyi Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.
# 1111
avatar

Oxşar yazılar