Gürcüstanda 11 futbolçu həbs edildi - Bilərəkdən uduzduqlarına görə
21 may 2019 02:01 (UTC +04:00)

Gürcüstanda 11 futbolçu həbs edildi - Bilərəkdən uduzduqlarına görə

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Antikorrupsiya Agentliyi 8 futbolçunu və 3 veteran oyunçunu danışılmış oyunlarda iştirak etdiklərinə görə saxlayıb.

 

Lent.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yer alıb.

 

Bildirilir ki, sabiq futbolçular Vaxtanq C., Laşa Ç. və Nika D., “Çiatura” klubundan İrakli X., “Quriya Lançxuti” klubundan Robert İ. və İrakli B., eləcə də “WIT Georgia” klubundan Coni Ş., Georgi Q., Nikoloz M., Paata Qx. və Nodar K. əməliyyat yolu ilə saxlanılıb.

 

Məlumata görə, həmin futbolçular cinayətkar qrupdan əldə etdikləri pulun qarşılığında matçda bilərəkdən uduzublar. Oyunçular ümumilikdə 93,5 min lari (34 min dollar) pul əldə ediblər.

 

Onları hazırda 4 ildən 6 ilədək həbs gözləyir.

# 1656
avatar

Oxşar yazılar