Gəncə sakini 3 nəfər tərəfindən beşbarmaqla döyülüb
20 may 2019 23:58 (UTC +04:00)

Gəncə sakini 3 nəfər tərəfindən beşbarmaqla döyülüb

Gəncədə döyülmə faktı qeydə alınıb.

 

ONA-nın yerli bürosunun məlumatına görə, 1990-cı il təvəllüdlü Gəncə şəhər sakini Mehman Süleymanov 3 nəfər tərəfindən beşbarmaqla döyülüb. Bildirilir ki, hadisə Gəncədəki Bayraq meydanı yaxınlığında yerləşən çayxanaların birində olub.

 

M.Süleymanov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

 

Faktla bağlı polisə də məlumat verilib. Həmin şəxslərin saxlanılması istiqamətində əməliyyat aparılır. Hadisənin hansı səbəbdən baş verdiyi isə məlum deyil.

# 1416
avatar

Oxşar yazılar