[b]Ukraynanın baş naziri də istefa verəcək[/b]
20 may 2019 19:10 (UTC +04:00)

[b]Ukraynanın baş naziri də istefa verəcək[/b]

Ukraynanın baş naziri Vladimir Qroysman istefa verəcək. ONA-nın “112.ua”ya istinadən verdiyi xəbərə görə, bu barədə baş nazir keçirdiyi brifinq zamanı bildirib.
 
O vurğulayıb ki, istefa ərizəsini mayın 22-də hökumətin iclasından sonra təqdim edəcək.
 
Qeyd edək ki, bu gün Ukraynanın yeni prezidenti Vladimir Zelenski andiçmə mərasimindən sonra bildirib ki, Nazirlər Kabineti heç nə edə bilmirsə, istefa verməlidir.
 
Vladimir Qroysman bu vəzifəni 2016-cı il aprelin 14-dən icra edir.
# 1556
avatar

Oxşar yazılar