<b>Manaf Ağayev həyat yoldaşı barədə danışdı - <span style="color:red;">VİDEO </b>
20 may 2019 17:36 (UTC +04:00)

Manaf Ağayev həyat yoldaşı barədə danışdı - VİDEO

“Toylar kralı” Manaf Ağayev şəxsi həyatından danışıb.

 

Lent.az-a açıqlama verən ifaçı bildirib ki, həyat yoldaşı onu qısqanır: “Qısqanclıq olmaya bilməz. Qısqanclıq olmasa, demək ki, orada sevgi yoxdur. Hamıya mənim həyat yoldaşım kimi həyat yoldaşı arzu eləyirəm. Niyə? Sinif yoldaşı olmuşuq. Düz 1-ci sinifdən bir yerdə oxumuşuq. Eyni kənddənik. Bir-birimizin kökünü çox gözəl tanıyırıq. Bir-birimizə izah verməyimizə ehtiyacımız yoxdur. Mənim ərköyünlüyümə, çılğınlığıma bələddir. Bilir ki, mən nə istəsəm, onu da edəcəm. Yəni, mən arvaddan qorxan kişi deyiləm. Amma bu o demək deyil ki, mən həyat yoldaşıma hörmət eləmirəm. Xeyr, o, mənim başımın tacıdır. Kişinin başının tacı öz xanımı olmadısa, bundan faciəli nəsə yoxdur. Mən övladlarımla da, həyat yoldaşımla da fəxr edirəm. Ona görə ki, məni başa düşən insandır. Yəni, mən sənət adamıyam, yanımda qız da ola bilər”.

 

Müğənni onu da əlavə edib ki, illər öncə xanımına əl də qaldırıb: “Bir dəfə ona əl qaldırmışam. Həmin anda baxdı, çıxdı getdi. Başqa nə reaksiya verəcək ki? Onda çox əsəbi idim. Ona əl qaldırandan sonra özüm də çox peşman oldum. Onda yeni ailə qurmuşduq, istəyirdi ki, nəsə söz desin, gözümün odunu alsın... Amma həmin an vurulmasaydı, mən də o birilərin tayı olacaqdım. Dedim ki, ağıllı ol, bizə söz demək olmaz. Təbii ki, onun da söz deməyə hüququ var. Uşaqlarımın anasıdır. Sadəcə, səmimi olaraq açıqladım, yalandan deyə bilərdim ki, 30 ildə bir dəfə də olsun əl qaldırmamışam, bu, yalan olar. Bir dəfə vurdum, onda da yeni ailə quran vaxtımız idi. İndi yaşımızın o çağı deyil, bir qışqırmaq bəs eləyir”.

 

# 14639
avatar

Yalçın UĞUR

Oxşar yazılar