Kral Salman Azərbaycan Prezidentini təbrik edib
20 may 2019 17:13 (UTC +04:00)

Kral Salman Azərbaycan Prezidentini təbrik edib

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
 
ONA xəbər verir ki, təbrikdə deyilir: "Zati-aliləri, Qardaşım İlham Heydər oğlu Əliyev.
 
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və Hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan dövlətinə və xalqına davamlı inkişaf və rifah arzu edirəm".
# 1718
avatar

Oxşar yazılar