[b]“Ştutqart”ın YENİ BAŞ MƏŞQÇİSİ müəyyənləşdi[/b]
20 may 2019 15:29 (UTC +04:00)

[b]“Ştutqart”ın YENİ BAŞ MƏŞQÇİSİ müəyyənləşdi[/b]

Almaniyanın “Ştutqart” klubunun yeni baş məşqçisi müəyyənləşib.
 
ONA-nın məlumatına görə, Ştutqartın eyniadlı təmsilçisini yeni mövsümdən Tim Valter çalışdıracaq.
 
43 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb. O, 2021-ci ilin yayına qədər Almaniya klubuna rəhbərlik edəcək.
 
Əvvəllər “Bavariya”nın gənclərdən ibarət komandasına rəhbərlik edən T.Valterin son iş yeri “Kiel” olub. 2-ci Bundesliqada mübarizə aparan komanda başa çatan mövsümdə 6-cı yeri tutub.
 
Qeyd edək ki, baş məşqçi Markus Vaynsirli apreldə istefaya göndərən “Ştutqart” Bundesliqada 16-cı yeri tutub. Komanda yerini qorumaq üçün “Union Berlin”lə pley-off oyunlarında qüvvəsini sınayacaq.
# 1071
avatar

Oxşar yazılar