Bu şosedə hərəkət məhudlaşdırılacaq
20 may 2019 14:06 (UTC +04:00)

Bu şosedə hərəkət məhudlaşdırılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə gecə saat 00:00-dan səhər saat 06:00-dək isə Sumqayıt-Bakı şosesinin Xırdalan dairəsindən Beynəlxalq Avtovağzal kompleksi qarşısınadək olan hissəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. Bu barədə Lent.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
 
Verilən məlumata görə, rənglənmə işləri zamanı hərəkət hissə-hissə məhdudlaşdırılacaq.
 
Bu üzdən sürücülərdən göstərilən müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri, alternativ yollardan istifadə etmələri xahiş olunur. 
# 768
avatar

Aygün İbrahimli

Oxşar yazılar