<b>Paşinyan tərəfdarlarını ələ saldı: <span style="color:red;">“İndi də geri çəkilin” </b>
20 may 2019 14:06 (UTC +04:00)

Paşinyan tərəfdarlarını ələ saldı: “İndi də geri çəkilin”

Ermənistanın Baş naziri Nikol Paşinyan bu saatlarda facebook üzərindən ölkə vətəndaşlarına müraciət edərək, sabahdan etibarən respublikanın məhkəmə binalarının giriş və çıxışlarını açmağa çağırıb.
 
Lent.az erməni KİV-ə istinadən xəbər verir ki, Paşinyan sanki tərəfdarlarını ələ salıb.
 
Dünən axşam Ermənistan baş naziri sosial şəbəkədə xalqa müraciət edərək məhkəmə binalarının giriş-çıxışını bağlamağa səsləsə də, nədənsə, bu gün öz çağırışının əksinə addım atdı.
 
 
Bugünkü aksiya ilə öz məqsədinə çatdığını vurğulayan Paşinyan əlavə edib ki, artıq Ermənistanda müstəqil məhkəmə sisteminin qurulması prosesi başlanıb və geriyə yol yoxdur. 
 
 
Ermənistanda bütün hakimlərin istisnasız olaraq ittiham olunmasının zəruriliyini dilə gətirən baş nazir vurğulayıb ki, işində dürüst olmayan bütün hakimlər istefa verməlidir:
 
“Artıq ədliyyə sahəsində islahatların həyata keçirilməsinin vaxtı çatıb. Ölkədə məhkəmə-hüquq sisteminin fəaliyyəti ictimaiyyət arasında təlaş yaradır. Aydındır ki, məhkəmələrin qərarları ictimaiyyətin etibarını qazanmır. Məhkəmə sisteminin qeyri-qanuni olması ölkəmizin milli təhlükəsizliyini və sabitliyini təhdid edir”.
# 1119
avatar

Oxşar yazılar